00:00:00
Yazar
Admin User
25.05.2023 18:05 305 1 dəq oxuma
Dünya

Müharibə qurbanı suriyalılar üçün evlər tikəcək

Müharibə qurbanı suriyalılar üçün evlər tikəcək

Türkiyədə yaşayan müharibə qurbanı olan suriyalılar üçün Qətər 240 min ev tikəcək. 

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, layihə üçün Fərat Qalxanı bölgəsində 5, Sülh Pınarı bölgəsində isə 4 sahə müəyyən edilib. Artıq Cərablusun Rəs-ül-Cəuz bölgəsindəki ərazidə tikiləcək 5 min mənzilin təməli qoyulub. Bundan əlavə, rayonda məscid, bazar, ibtidai məktəb, lisey, sağlamlıq mərkəzi kimi ictimai obyektlər də tikiləcək.

 

Suriyanın şimalında daimi yaşayış üçün layihələr də hazırlanıb. Xərclər Qətər Dövlət İnkişaf Fondu tərəfindən qarşılanacaq. 3 ilə tamamlanması nəzərdə tutulan evlərə yalnız Türkiyədə yaşayan qaçqınlar yerləşdiriləcək.

 

Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər