00:00:00
Yazar
Zəri Bayramlı
15.07.2026 15:18 25 1 dəq oxuma
Sosial

M8 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

M8 nömrəli avtobus marşrutunun hərəkət sxemi dəyişdirilir

Sabahdan (iyulun 16-dan) etibarən M8 nömrəli müntəzəm avtobus marşrutunun Maştağa istiqamətində hərəkət sxemi dəyişdirilir.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.


Məlumata görə, marşrut Maştağa istiqamətində Əhməd Rəcəbli küçəsi, Təbriz küçəsi, Ağa Nemətulla küçəsi, Heydər Əliyev prospektinin kənar yolu, Mirzə Qədim İrəvani küçəsi, Xətai prospekti və yenidən Heydər Əliyev prospektinin kənar yolu ilə hərəkət edəcək.

 

Bildirilib ki, marşrut göstərilən hissədən sonra hərəkətini əvvəlki sxem üzrə davam etdirəcək.

#gündəm #hərəkət #marşrutunun #dəyişdirilir #azərbaycan
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər