00:00:00
Yazar
Admin User
07.06.2025 16:03 167 1 dəq oxuma
İdman

Mahirdən karyerasını harda davam etdirəcəyi ilə bağlı

Mahirdən karyerasını harda davam etdirəcəyi ilə bağlı

 

“Hazırda danışıqların yekunlaşmasını gözləyirəm. Amma agentlərdən də xahişim olub ki, indi millinin oyunlarına köklənmək istəyirəm, ondan sonra transfer məsələlərinə baxarıq”.

 

“İnformator.az" "Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu Azərbaycan yığmasının üzvü Mahir Emreli deyib. 

“Nürnberq”dən ayrılan forvard yeni klub axtarışlarından danışıb: “Almaniyadan da, başqa ölkələrdən də təkliflər var. Amma Almaniyada qalmaq istəyərəm. Çünki ölkəni tanıyıram, insanları tanıyıram. Milli komandanın Macarıstanla oyunundan sonra bu məsələlərə aydınlıq gələcək”. 

 

Qeyd edək ki, Mahir Emrelinin xidmətində Almaniya Bundesliqa təmsilçisi “Haydenhaym”, ikinci Bundesliqa təmsilçisi “Kauzerslauten” və Səudiyyə Ərəbistanı klubları maraqlıdır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər