00:00:00
Yazar
Admin User
19.05.2023 17:37 295 1 dəq oxuma
Dünya

Makronun Hitlerə bənzədildiyini göstərən plakatlarla bağlı araşdırma

Makronun Hitlerə bənzədildiyini göstərən plakatlarla bağlı araşdırma

Fransada Makronun Hitlerə bənzədildiyini göstərən plakatlarla bağlı araşdırma başlanıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Fransada prezident Emmanuel Makronun nasist lideri Adolf Hitlerlə müqayisə edildiyi plakatlarla bağlı araşdırma başlanıb. Fransa mətbuatında yer alan xəbərə görə, ölkənin cənubundakı Avinyon şəhərində çərşənbədən cümə axşamına keçən gecə bir çox reklam lövhəsinə Makronu Hitler kimi göstərən plakatlar yapışdırılıb.

 

Avinyon bələdiyyəsi Makronun üzünə “49.3” yazılan və Hitlerinkinə bənzər cizgiləri əks etdirən plakatların yığışdırılmasını tələb edib. “49.3” mətni hökumətin pensiya islahatının parlamentdə səsvermədən keçməsi üçün qüvvəyə mindirdiyi Konstitusiyanın 49-cu maddəsinin 3-cü bəndini xatırladır.

 

Avinyon Prokurorluğu ötən gün plakatlarla bağlı "Prezidenti açıq təhqir etmək" və "iğtişaşlara təhrik etmək" maddələri ilə araşdırmalara başlayıb.

 

 Aydan

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər