00:00:00
Yazar
Admin User
05.07.2023 11:04 379 2 dəq oxuma
Dünya

Makronun valideynlərə pul cəzası bəyanı etirazları daha da alovlandırdı

Makronun valideynlərə pul cəzası bəyanı etirazları daha da alovlandırdı

Fransada kütləvi etirazlar davam edir. İyunun 27-dən bəri 3 min 600-dən çox insan saxlanılıb, onlardan bəziləri artıq həbs edilib. Ötən gün mətbuata açıqlama verən Fransa prezidenti Emmanuel Makron indiyədək 6000 avtomobilin yandırıldığını, 1100-dən çox binanın zədələndiyini bildirib. İğtişaşların pik həddə çatdığını deyən Makron övladları etirazlarda iştirak edən valideynlərə pul cəzası tətbiq edilməsini təklif edib. Parisi günlərdir oda verən Makron bu açıqlama ilə bir növ alovun üzərinə benzin töküb.

 

 

Yelisey sarayının ölkədə baş verənlərə münasibəti Məşhur Fransa kraliçasının "Çörək yoxdursa tort yeyin" ifadəsi ilə Avropanın siyasi tarixində köklü dəyişikliklərə səbəb olan inqilabı xatırladır. Hazırkı hadisələr onu deməyə əsas verir ki, fransızlar sosial böhranın gətirdiyi inqilaba köklənib. Hətta Fransada 6-cı respublikanın elan edilməsinə dair söz-söhbətlər də var. Əslində bunun baş tutması heç də reallıqdan kənar deyil. Görünən odur ki, 5-ci respublikanın mövcud qanunvericiliyi ölkəni doğru-düzgün idarə etməyə imkan vermir. Məsələnin başında isə sözün həqiqi mənasında dövlət idarəçiliyinə fransız olan Makron dayanır.Halbuki, prezident Makron 2020-ci ildə Livan əhalisinə xitabən "İnqilab sifarişlə, kiminsə əmri ilə baş vermir, onu xalq edir" demişdi.Cəmisi 3 il sonra isə Fransa diktatoru kəskin paradoksla öz ölkəsini bürüyən kütləvi aksiyalara "Bu etirazlar hüquqi və leqal deyil, heç kimin xalqın seçdiyi hökumətə qiyam qaldırmaq haqqı yoxdur" bəyanatı ilə reaksiya verir.

 

Makron diktaturası Fransanı bürüyən kütləvi etiraz dalğasının əsas səbəblərini sosial şəbəkələrdə görür. Ancaq onu da unudur ki, sosial şəbəkələr başqa ölkələrə təzyiq üçün istifadə etdiyi demokratiya, insan haqları, söz azadlığı kimi Fransa üçün dırnaqarası dəyərlərin təməlini təşkil edir. Makron bununla da kifayətlənmir, cümə günü, etirazların kuliminasiya nöqtəsinə çatdığını bildirməklə, valideynləri övladlarına nəzarət etməyə çağırıb. Bildirib ki, "uşaqları evdə saxlamaq dövlətin yox, valideynlərin vəzifəsidir.” O buna görə valideynlərə pul cəzası da tətbiq etməyi təklif edib.

 

Etiraz aksiyası keçirən silahsız insanların üzərinə 45 minlik jandarma korpusu göndərən Makron öz ölkəsinin əhalisinə qarşı hərbi əməliyyatalara başlayıb. Başqa dövlətlərə münasibətdə tez-tez dilə gətirdiyi demokratiya, insan haqları kimi dəyərləri ümumiyyətlə, xatırlamır. Deməli əgər Fransa diktaturaya meyillənərsə, ki artıq bu yola doğru getdiyi görünür, Avropa Birliyi də kənarda qala bilməz. Yəni, rəsmi Paris yalnız Fransada yox, ümumiyyətlə, bütün Qərbdə demokratik dəyərləri "dəfn etmək" niyyətindədir.

 

Onu da qeyd edək ki, Fransada sərt anti-hökümət çıxışları Şarl de Qollun dövründən başlayaraq, davam edib. Bu eləcə də Şirakın və Sarkozinin dövründə də baş verib. Makronun dönəmində isə hökumət-xalq qarşıdurması artıq zirvəyə qalxıb. Beləcə, fransızlar hələlik 5-ci respublikada təlatümlü günlər yaşanır.

 

Nəzrin

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər