00:00:00
Yazar
Səadət Əlizadə
12.04.2026 19:41 21 1 dəq oxuma
Siyasət

Mask Cənubi Afrikanı irqçilikdə ittiham edib

Mask Cənubi Afrikanı irqçilikdə ittiham edib

Amerikalı sahibkar İlon Mask bildirib ki, Cənubi Afrika Respublikası “Starlink” peyk rabitə sisteminə lisenziya verməkdən imtina edib və bunu filial rəhbərinin qaradərili olmaması ilə əlaqələndirib.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bu barədə İlon Mask sosial şəbəkə hesabında paylaşım edib.

 

O qeyd edib ki, Cənubi Afrika hakimiyyəti onun doğulduğu ölkədə “Starlink”ə fəaliyyət icazəsi vermir.

 

Onun sözlərinə görə, şirkətə bir neçə dəfə filial rəhbərinin qaradərili kimi təqdim olunması şərti ilə lisenziya əldə etmək təklif edilsə də, o, prinsipial olaraq bundan imtina edib.


Mask həmçinin ölkə hakimiyyətini açıq-aşkar irqçilikdə ittiham edib və yerli siyasətçilərin diskriminasiya siyasətini tənqid edib.

#baki #edib #ittiham #azərbaycan #cənubi
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər