Mask orbitdə neçə peyki olduğunu açıqlayıb
Hazırda Yer orbitində doqquz mindən çox “SpaceX” peyki var.
"İnformator.az" xəbər verir ki, bunu amerikalı iş adamı İlon Mask özünün X səhifəsində yazıb.
“Hazırda “SpaceX”in Yer orbitində 9000-dən çox peyki var ki, bu da dünyadakı bütün digər peyklərin ümumi sayından iki dəfə çoxdur”, - o bildirib.
