00:00:00
Yazar
Hüseynova Mələk
12.11.2026 20:12 46 2 dəq oxuma
Dünya

Medinskidən sərt açıqlama: Avropa nə zaman sülh danışıqlarında iştirak edə biləcək?

Medinskidən sərt açıqlama: Avropa nə zaman sülh danışıqlarında iştirak edə biləcək?

​Rusiya Prezidentinin köməkçisi və Ukrayna ilə aparılan danışıqlarda nümayəndə heyətinin rəhbəri Vladimir Medinskinin səsləndirdiyi son bəyanatlar beynəlxalq siyasi müstəvidə geniş əks-səda doğurub. Medinskinin Avropanın sülh prosesindəki rolu və iştirak şərtləri ilə bağlı fikirləri Qərb-Rusiya münasibətlərindəki gərginliyin və diplomatik çıxmazın hələ də davam etdiyini bir daha nümayiş etdirir.

 

Mövzu ilə bağlı "İnformator.az"a açıqlamasında politoloq Zeynal Əmrəliyev bildirib ki, Avropa Birliyi nə zaman Rusiyanın tərəfindən çıxış edərsə, o zaman danışıqlar prosesinə qoşula bilər. Bu, əlbəttə ki, qəbul edilən fakt deyil:

 

 

"Məlum olduğu kimi, Avropa ölkələri əsasən Ukraynanı müdafiə edirlər. Rusiyanın istədiyi budur ki, Avropa ölkələri Ukraynanı yox, Rusiyanın tərəfində dayansınlar. İndi bu açıqlama fonunda Avropa-Rusiya münasibətlərində olan gərginliyin daha da sürəcəyi qənaətindəyəm. Görünür ki, rəsmi Moskvanın qoca qitədən gözlədiyi əslində tamam başqa bir məsələlərdir. Yəni onu gözləyirlər ki, bu proses bir an öncə yekunlaşsın, bu prosesdə iştirak edəcək Avropa ölkələri öz maraqlarından deyil, öz təhlükəsizliklərini kənara atsınlar, Rusiyanın tərəfindən çıxış etsinlər. Bu, Avropa ölkələri tərəfindən qəbul edilən bir fakt deyil. Avropa ölkələri əgər Rusiya Ukraynada qalib gələrsə gücləndirilmiş şəkildə çıxarsa, bu, Avropanın özünün təhlükəsizliyi üçün çox ciddi şəkildə problem olacaq və qoca qitənin sakinləri bunu yaxşı bildiklərindən məhz bu cür addımlar atırlar. Nə qədər ki, Rusiya cəbhə bölgəsində məğlub olmayıb, nə qədər ki, Avropanın bəzi ölkələri və Amerika Birləşmiş Ştatları Ukraynaya real dəstək göstərməkdə yaxasını kənara çəkəcəklər, məhz Moskvadan biz bu cür aqressiv açıqlamaların şahidi olacağıq".

 

Xədicə İsmayılova

 

#Medinski #Avropa #sülh
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər