Rusiya-Ukrayna sülh danışıqları
Zelenski bildirib ki, noyabrın 10-11-də Əbu-Dabidə keçirilən danışıqlarda hərbi əsirlərin “1000-ə 1000” prinsipi ilə dəyişdirilməsi, Qara dənizdə atəşkəs və enerji obyektlərinə zərbələrin dayandırılması məsələləri müzakirə olunub. Lakin Rusiya tərəfi bu təkliflərə cavab vermək səlahiyyətinin olmadığını bildirib
Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında siyasi şərhçi Aydın Quliyev
bildirib ki, Rusiya-ermenistan müharibəsi fonunda sülhə və ya barışığa nail olunmasının əsas problemlərindən biri tərəflərin mövqelərindəki kəskin fərqlər və kompromisə getmək istəməməsidir:
“Ukrayna hesab edir ki, apardığı mübarizə ədalətli və beynəlxalq hüquq norma və prinsiplərinə uyğundur. Ölkə təcavüzə məruz qaldığını əsas gətirərək kompromisə getmək istəmir.Rusiya isə hesab edir ki, ölkənin təhlükəsizliyini təmin etmək məqsədilə doğru addım atıb və NATO-nun sərhədlərinə yaxınlaşmasının qarşısını almaq taktikası ilə hərəkət edir. Buna görə də güzəştə getməyi məcbur və borclu hesab etmir.
Burada əhəmiyyətli rol oynaya biləcək təsirli beynəlxalq hüquq normalarının işləməsi və böyük dövlətlərin ikili standart prinsipinə siyasətinə son qoyması ola bilər. Çox təəssüf ki, beynəlxalq hüquq normaları tam işləmir”.
Şərhçinin sözlərinə görə, çəsuliyyət daşıyan böyük dövlətlərin fərqli yanaşmaları mövcuddur:
“Bəziləri birbaşa təcavüzkar rolunda çıxış edir.ABŞ Ukraynanı təcavüzə məruz qalmış ölkə hesab etsə də, ərazi güzəştlərinə məcbur etmək istəyir.Fransa isə Ukraynanın mövqeyini sona qədər dəstəkləmək prinsipi ilə hərəkət edir
Güclü vasitəçilərin olmaması atəşkəs və sülh sazişinin imzalanmasına mane olur.Tərəflərin ortaq məxrəcə gələ bilməsi hazırkı şəraitdə sadəcə arzulandandır. Bir neçə dəfə buna səy göstərilsə də, ama tərəflərin orta mövqedə barışığa gəlməsini təmin etmək mümkün olmayıb. Bunun da səbəbi yenə də Rusiyanın və Ukraynanın mövqelərinin kəskin şəkildə fərqlənməsindədir. Onların ikisini də ədalətli kompromisə gəlməyə həm maraqlandıran, həm də məcbur edə biləcək bir vasitəçi tərəf olmadığından proseslər belə ölü nöqtədədir. Amerikanın vasitəçiliyi isə görüldüyü kimi heç bir nəticə vermir, çünki faktiki Rusiyanın tərəfini saxlayır”.
Fidan Alışova