00:00:00
Yazar
Admin User
23.05.2023 19:09 312 1 dəq oxuma
Dünya

Meksikada vulkan püskürməsindən sonra XƏBƏRDARLIQ

Meksikada vulkan püskürməsindən sonra XƏBƏRDARLIQ

Meksikadakı Popokatepetl vulkanının tüstü və kül püskürməsindən sonra ölkədə həyəcan siqnalı verilib. 

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, xəbərdarlıqda vulkandan yayılan kül səbəbiylə paytaxt Mexikodakı iki beynəlxalq hava limanından uçuşların 3 gün müddətinə təxirə salındığı, Puebla və Tlaxcala əyalətlərində təlimlərin dayandırıldığı açıqlanıb.

 

Açıqlamaya görə, mayın 21-dən bəri Puebla və Morelos əyalətlərinin sərhəddində yerləşən vulkanda əksəriyyəti kiçik miqyasda olmaqla ümumilikdə 573 püskürmə qeydə alınıb. Partlayışlara və kül yağışına qarşı ictimaiyyətə xəbərdarlıq edildiyi bildirilən açıqlamada vulkandan yayılan tüstünün insan sağlamlığına zərər verə biləcəyi qeyd olunub.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər