00:00:00
Yazar
Admin User
30.12.2025 18:16 79 2 dəq oxuma
Sosial

Mikrobloglar və sürətli xəbər istehsalı

Mikrobloglar və sürətli xəbər istehsalı

Müasir dövrdə gənclər xəbərləri ən çox mikrobloglar və qısa xəbər formatları vasitəsilə alırlar. TikTok, Twitter, Instagram və digər platformalarda yayılan sürətli xəbərlər onların diqqətini cəlb edir və ənənəvi media vasitələrini geri plana atır. Bu tendensiya jurnalistikanın formatını dəyişir, xəbərlərin qısa, vizual və interaktiv olmasını tələb edir. Eyni zamanda gənclərin məlumatın doğruluğunu yoxlama və analiz etmə bacarığı da önəmli rol oynayır.

 

Mövzu ilə bağlı jurnalist Mayılova Gözəl "İnformator.az" saytına açıqlamasında bildirib ki, gənclər xəbərləri ən çox sosial mediadan alırlar:

 

"Gənclər bu gün xəbərləri ənənəvi media vasitələrindən daha çox mikroblog və sosial platformalar üzərindən əldə edirlər. Xüsusilə, TikTok, Instagram (Reels və Stories), X (Twitter) və qismən Telegram kanalları gənclər üçün əsas informasiya mənbəyinə çevrilib. Bu platformalar sürətli, vizual və interaktiv olduğu üçün gənclərin gündəlik həyat ritminə daha uyğun gəlir. Xəbərlər artıq uzun məqalələr şəklində deyil, qısa videolar, başlıqlar, sitatlar və vizual təsvirlər vasitəsilə təqdim olunur. Bu da gənclərin məlumatı daha tez qəbul etməsinə şərait yaradır.

Sürətli və qısa xəbər formatları gənclərin diqqətini əsasən vaxt azlığı və diqqət dağınıqlığı fonunda cəlb edir. Qısa videolar və yığcam mətnlər informasiyanı tez çatdırır, emosional başlıqlar isə maraq oyadır. Gənclər bir mövzunu dərindən araşdırmaqdan çox, ilk təəssürat əsasında qərar verməyə meylli olduqları üçün bu formatlar onların diqqətini saniyələr içində cəlb edə bilir. Eyni zamanda alqoritmlər istifadəçinin maraq dairəsinə uyğun xəbərləri önə çıxardığı üçün gənclər özlərini onlara “lazım olan” informasiyanın içində hiss edirlər.

Lakin bu sürətli formatların informasiya doğruluğuna mənfi təsiri də mövcuddur. Xəbərlərin qısaldılması bəzən kontekstin itirilməsinə, məlumatın səthi və ya manipulyativ təqdim olunmasına səbəb olur. Mənbə yoxlanmadan paylaşılan xəbərlər dezinformasiyanın sürətlə yayılmasına şərait yaradır. Gənclər xəbəri tez əldə etsələr də, onu yoxlamağa kifayət qədər vaxt ayırmadıqda yanlış məlumatı doğru kimi qəbul edə bilərlər. Buna görə də, mikro-blog platformaları informasiya əlçatanlığını artırsa da, media savadlılığı və tənqidi düşüncə bu mühitdə daha da vacib hala gəlir".

 

Ayisə Şərifova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər