00:00:00
Yazar
Admin User
04.06.2025 18:11 180 1 dəq oxuma
İdman

Millimiz Belarusa məğlub olub

Millimiz Belarusa məğlub olub

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün yoxlama matçını keçirib.

 

"İnformator.az" Axar.az-a istinadən xəbər verir ki, Belarusda təlim-məşq toplanışında olan Ayxan Abbasovun komandası bu ölkədən olan həmyaşıdları ilə qarşılaşıb.

 

Baranoviçi şəhər stadionunda oynanılan matç Belarusun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Yığmamızın yeganə qolunu 22-ci dəqiqədə Raul Məmmədov vurub.

 

Qeyd edək ki, U-21 iyunun 8-də isə Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda Monteneqro ilə yoldaşlıq görüşü keçirəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər