00:00:00
Yazar
Admin User
15.04.2025 06:34 289 1 dəq oxuma
İdman

Millimiz Xorvatiyaya qarşı

Millimiz Xorvatiyaya qarşı

Azərbaycanın futzal millisi Avropa çempionatının əsas mərhələsində bu gün son matçına çıxacaq.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, Vitali Borisovun baş məşqçisi olduğu kollektiv qrup liderliyini və qitə birinciliyinin final mərhələsinə vəsiqəni təmin etmiş Xorvatiya yığması ilə qarşılaşacaq.

 

Bakı İdman Sarayında keçiriləcək görüşün start fiti saat 20:00-da səsləndiriləcək. Qarşılaşmanı Kiprdən olan hakimlər briqadası idarə edəcək.

 

Qeyd edək ki, millinin yer aldığı V qrupda Xorvatiya 15 xalla liderdir. Yunanıstan 7 xalla ikinci, İsveç 4 xalla üçüncü, Azərbaycan 2 xalla sonuncu - dördüncüdür.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər