00:00:00
Yazar
Admin User
30.05.2023 19:43 302 1 dəq oxuma
Dünya

Misirdə mumiyalama emalatxanaları aşkar edildi

Misirdə mumiyalama emalatxanaları aşkar edildi

Misirin qədim Sakkara bölgəsində arxeoloji işlər zamanı 2 mumiyalama emalatxanası tapılıb.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Misirin Giza şəhərində yüzlərlə illik tarixi olan Saqqara bölgəsində yeni tarixi kəşflər edilib. İHA-nın xəbərinə görə, arxeologiya işlərinin davam etdiyi bölgədə insan və heyvanların mumiyalaşdırılması prosesinin aparıldığı 2 emalatxana aşkarlanıb.

 

Misir Turizm Nazirliyindən verilən açıqlamada emalatxananın otaqlarında cansız cəsədlərin qoyulduğu daş çarpayıların olduğu bildirilib. Eyni zamanda çarpayıların yanında gildən saxsı qablar, mumiyalama alətləri və müxtəlif qablar olduğu da əlavə edilib.

 

Açıqlamada emalatxanaların tarixinin təxminən 2400 il əvvəl hökmranlıq edən Qədim Misirin 30-cu sülaləsinə dayandığı vurğulanıb.

 

Qeyd edək ki, qədim Misirin mühüm məzar yerlərindən biri olan Saqqara bölgəsi YUNESKO-nun Ümumdünya İrs Siyahısındadır.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər