00:00:00
Yazar
Güllər Gülhüseynova
06.07.2026 16:44 35 1 dəq oxuma
Dünya

Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri müzakirə ediblər

Mişustinlə Paşinyan Rusiya-Ermənistan münasibətlərindəki problemləri müzakirə ediblər

Ermənistan Rusiya ilə münasibətlərin gələcək inkişafına köklənib.

"İnformator.az" Rusiya mediasına istinadən xəbər verir ki, bu barədə Ermənistanın Baş naziri Nikol Paşinyan Yekaterinburqda rusiyalı həmkarı Mixail Mişustinlə görüşü zamanı bildirib.

 

O qeyd edib ki, bu görüş ikitərəfli münasibətlərin gündəliyinin bütün spektrini müzakirə etmək üçün yaxşı fürsətdir:

 

"Son vaxtlar bəzi problemli məsələlər ortaya çıxıb. Əlbəttə ki, bu məsələləri müzakirə edərək həll edəcəyimizə ümid edirəm. Biz bütün məsələləri müzakirə etmək və aydınlaşdırmaq üçün konstruktiv şəkildə köklənmişik. Ümid edirəm ki, bugünkü danışıqların yekunlarına əsasən konkret məsələləri həll edə biləcəyik".

 

O, həmçinin qeyd edib ki, Ermənistan həm də Avrasiya İqtisadi İttifaqında (Aİİ) iştirakda və Aİİ haqqında müqavilədə nəzərdə tutulmuş mexanizmlərin planlı rejimdə işləməsində maraqlıdır.

#baki #rusiya-ermənistan #müzakirə #azərbaycan #münasibətlərindəki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər