00:00:00
Yazar
Admin User
11.09.2023 16:22 313 2 dəq oxuma
Sosial

MƏKTƏBLƏR YENİ TƏDRİS İLİNƏ TAM HAZIRDIR

MƏKTƏBLƏR YENİ TƏDRİS İLİNƏ TAM HAZIRDIR

  Məktəblər yeni tədris ili üçün tam hazırdır. Bakıda bütün məktəblərdə vahid məktəbli formaları təsdiqlənib, təhsil müəssisələrində istiliklə bağlı problem olmayacaq, yaxşı oxuyan şagirdlərin sayı artıb. Bu və digər məsələlər haqqında təhsil işçilərinin sentyabr konfransında danışılıb.

 

   "344 məktəbəqədər təhsil müəsisəsi Elm və Təhsil Nazirliyinin tabeliyinə keçdikdən sonra bir çox monitorinqlər aparılıb və xeyli müsbət nəticələr əldə edilib". Bakı Şəhər üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyevanın sözlərinə görə, təhsilin müxtəlif mərhələlərində uğur qazanmaq üçün məktəbəqədər təhsil pilləsində keyfiyyətin artırılması əsas məqsəddir. “Tərbiyəçi müəllimlərin işə qəbulu vahid sistem üzərindən mərkəzləşmiş qaydada imtahanla həyata keçirilir. Rəhbərliyin də qəbulu ilə bağlı hüquqi baza yaradılıb və bu proses də davam etdiriləcək. Sertifikatlaşdırma prosesinin də bu sahədə tətbiqi nəzərdə tutulur. Sağlam qidalanma məsələsi də mühüm vəzifələrdən biridir, əsas prioritet istiqamətlərdən biridir. 101 təhsil müsəssisəsində sağlam qida ilə bağlı hazır qida layihəsi tətbiq olunur”.

  İdarə müdiri həmçinin 4-cü sinif şagirdlərinin monitorinq nəticələrindən də danışdı, şagirdlər arasında vəziyyətin qənaətbəxş olduğunu dedi. Ən maraqlı məqam isə 4-cü sinif şagirdlərinin monitorinqi ilə müəllimlərin sertifikasiya imtahanının nəticəsinin müqayisəsi oldu.

  Müəllimlərin sertifikasiyası məsələsinə Elm və Təhsil naziri də toxundu. Bildirdi ki, imtahanlarda yüksək nəticə toplayan müəllimlər digər təhsil işçilərinə metodik təlim keçəcəklər. “Bu ildən başlayaraq biz metodik xidməti yenə də Bakı şəhərində pilot olaraq başlayacıq. İnandığımız budur ki, müəllimlərimiz əsaslı şəkildə dəstəyə ehtiyacı olur. Bir çox hallarda müəllimlər nə etməli olduqlarını bilmirlər, ondan da pisi nə etməli olduqlarını hardan soruşmalı olduqlarını bilmirlər. Bu olduqca vacibdir ki, müəllim dəstək sistemi yerində olmalıdır. Növbəti il biz pilot layihə olaraq artıq sertifikasiya nəticələrinə əsaslanaraq yüksək nəticə göstərən müəllimlər arsında metodist müəllim seçərək digər müəllimlərə dəstək tədbirləri nəzərdə tuturuq”.

  Qeyd edək ki, bu il təkrar sertifikasiya imtahanından keçə bilməyən 743 təhsil işçisinin əmək müqaviləsinə xitam verilib.

SƏBİNƏ

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər