Məktəblərdə zəhərlənmələrə son
Sabahkı günə hazırlaşanlar təkcə müəllimlər, şagirdlər və valideynlər deyil. Həm də məktəb yeməkxanalarıdır. Təbii ki, hər valideyn övladının çantasına evdən qida qoymur və məktəb bufetinə üz tutan uşaqların sayı çoxdur. Qida Təhlükəsizliyi Agentliyi şagirdlərin məktəbdə alacaqları qidaların keyfiyyətilə bağlı yeni proqram hazırlayıb.
Şagirdlər 3 aylıq tətildən sonra məktəblərinə geri qayıdırlar. Bəziləri ümumiyyətlə məktəb həyatına hələ sabah başlayacaq. İstər ibtidai sinifdə oxuyanların, istərsə də yuxarı sinif şagirdlərinin məktəbdə ən çox sevdikləri yerlərdən biri bufetdir. Məktəb yeməkxanasından istər şirniyyat, istərsə də hazır qida alan şagirdlər az deyil.
Məktəb yeməkxanasının rəhbəri İntizar Şahbazova deyir ki, satılan bütün məhsulların setfikatı var, məktəblərə setfikatsız heç bir mal gətirilmir. "Heç bir mal götürülmür, burda təmizliyə riayət olunur. Uşaqlarıın gəlişinə məhsullarımız həmişə olduğu kimi təbii olmalıdır, sertfikatla olmalıdır".
Məktəb yeməkxanalarında rast gəlinən neqativ halların aradan qaldırılması üçün Qida Təhlükəsizliyi Agentliyi "Xüsusi qida təhlükəsizliyinin tətbiq sistemi"ni istifadəyə verəcək. AQTA sədri Qoşqar Təhməzli belə deyir. Əlavə edir ki, Elm və təhsil nazirliyinin tabeçiliyindəki bütün müəsələrdə xüsusi təlimlər və xüsusi proqramlar həyata keçiriləcək. Keyfiyyətə nəzarət menecerlərə tapşırılacaq. Proqram düzgün tətbiq ediləcəyi halda məktəb qidalarından zəhərlənmə və digər xoşagəlməz halların keçmişdə qalacağı güman edilir.
