00:00:00
Yazar
Admin User
30.05.2025 12:26 175 1 dəq oxuma
Sosial

MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək

MM-in növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək

 

Milli Məclisin növbədənkənar sessiyası üzrə ilk iclası iyunun 3-də keçiriləcək.

 

“İnformator.az”ın məlumatına görə, iclasın gündəliyinə 7 məsələnin müzakirəsi daxil edilib.

 

Həmin məsələlər aşağıdakılardır:

“Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsi (birinci oxunuş);

 Meşə Məcəlləsində, Mülki Məcəllədə, Vergi Məcəlləsində, Şəhərsalma və Tikinti Məcəlləsində, “İcra haqqında” və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi;

Vergi Məcəlləsində və “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

 Torpaq Məcəlləsində, Mülki Prosessual Məcəllədə, Mülki Məcəllədə, “Notariat haqqında” və “İcra haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

“Yaşayış minimumu haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

“Pambıqçılıq haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş) “Qiymətli kağızlar bazarı haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (ikinci oxunuş);

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər