00:00:00
Yazar
Admin User
29.05.2025 17:27 144 1 dəq oxuma
İdman

Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir

Monteneqro millisinin üzvü dünya çempionatında Azərbaycanla qarşılaşmaq istəyir

Dünya çempionatının yarımfinalında Azərbaycanla qarşılaşmaq istəyərdim.
 
 
"İnformator.az" xəbər verir ki, bunu  "Report"a açıqlamasında minifutbol üzrə Monteneqro millisinin oyunçusu Goran Nenezic deyib.
 
 
O, Bakıda təşkil olunan mundialın 1/4 final mərhələsində Çexiyaya qalib gəldikləri oyun barədə danışıb:
 
 
"Bizim üçün çətin görüş alındı. Əsasən oyunumuzu müdafiədən qururduq. Şükürlər olsun ki, sonda istəyimizə çatdıq. Çexiya çox güclü komandadır. Yarımfinaldakı rəqibimiz İngiltərə - Azərbaycan cütünün qalibi olacaq. Açığı, ev sahibi olan Azərbaycanla qarşılaşmaq maraqlı olardı".


Qeyd edək ki, Monteneqro yığması 1/4 finalda Çexiya seçməsini 1:0 hesabı ilə məğlub edərək yarımfinala yüksəlib.
#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər