Moskva və Kiyev Afrika ölkələrinin sülh missiyasını qəbul etməyə razılaşıb
Seneqal, Uqanda və Misirin dəstəklədiyi sülh planı ilə bağlı açıqlama Cənubi Afrika prezidenti Ramafosadan gəlib.
İnformator.az xəbər verir ki, o, Rusiya Prezidenti Vladimir Putin və Ukrayna Prezidenti Vladimir Zelenskinin Afrikanın sülh planı təklifi ilə bağlı missiyasını qəbul etdiklərini söyləyib.
Ramafosa Sinqapurun baş naziri Li Hsien Lunqla keçirdiyi mətbuat konfransında deyib:
"İki liderlə görüşlərim göstərdi ki, hər ikisi Afrika liderlərini qəbul etməyə və bu münaqişənin həllini müzakirə etməyə hazırdırlar."
Əl-Cəzirənin verdiyi məlumata görə, prezident Ramafosa “Bunun uğurlu olub-olmayacağı müzakirələrdən asılı olacaq” deyə əlavə edib.
Ramafosa həmçinin sülh planı haqqında Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreşə və Afrika İttifaqının rəhbərliyinə məlumat verildiyini bildirib.
Nahid
