00:00:00
Yazar
Admin User
17.12.2025 18:56 91 1 dəq oxuma
Dünya

Moskvadan 2026-cı ilə “müharibə ili” kimi hazırlaşdıqlarına dair daha bir siqnal aldıq

Moskvadan 2026-cı ilə “müharibə ili” kimi hazırlaşdıqlarına dair daha bir siqnal aldıq

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın 2026-cı ildə müharibəni davam etdirmək üçün hazırlıq gördüyünü bildirərək deyib:

 

“Moskvadan gələn ilə müharibə ili kimi hazırlaşdıqlarına dair daha bir siqnal aldıq”.

 

Volodimir Zelenski sosial media hesablarında paylaşdığı video müraciətində Rusiya–Ukrayna müharibəsindəki son vəziyyəti dəyərləndirib.

 

Zelenski, Vladimir Putin və Rusiyanın müdafiə naziri Andrey Belousovun Moskvada keçirilən Müdafiə Nazirliyi rəsmilərinin genişləndirilmiş iclasında müharibə ilə bağlı səsləndirdikləri fikirlərə də toxunaraq, Rusiyanın 2026-cı ildə müharibəni davam etdirməyə hazırlaşdığını iddia edib.

 

Zelenski deyib:

 

“Bu gün Moskvadan gələn ilə müharibə ili kimi hazırlaşdıqlarına dair daha bir siqnal aldıq. Bu, təkcə bizim üçün deyil, müttəfiqlərimiz üçün də bir siqnaldır. Müttəfiqlərimizin bunu görməsi və xüsusilə də Rusiyanın müharibəni bitirmək istədiyini tez-tez dilə gətirən ABŞ-dəki tərəfdaşlarımızın buna reaksiya verməsi vacibdir”.

 

Müharibəni bitirmək üçün sülh planı üzərində işi davam etdirdiklərini bildirən Zelenski əlavə edib:

 

“Bu həftə nümayəndələrimizin sülhün və təhlükəsizliyin təmin olunması üçün atıla biləcək addımlarla bağlı ABŞ nümayəndə heyəti ilə danışıqları davam etdirməsini gözləyirik”.


TRT XƏBƏR
Lalə Qurbanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər