00:00:00
Yazar
Admin User
21.12.2025 08:12 83 1 dəq oxuma
Dünya

Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib

Moskvadan Antalyaya uçan təyyarə Mersinə təcili eniş edib

Türkiyənin Moskvadan Antalyaya uçan “Pegasus” aviaşirkətinə məxsus təyyarə əlverişsiz hava şəraiti səbəbindən Mersin şəhərindəki Çukurova hava limanına təcili eniş edib.

 

“İnformator.az” xəbər verir ki, bu barədə Türkiyənin mülki aviasiya xəbər platforması “HavaSosyalMedya” məlumat verib.

 

Sinoptiklər əvvəllər bazar günü Antalyada güclü yağış, daşqın təhlükəsi və tufan ehtimalı barədə xəbərdarlıq ediblər.

 

Belə ki, “Pegasus”a məxsus “PC1577” reysini həyata keçirən “TC-NBO” qeydiyyat nömrəli “Airbus A320neo” təyyarəsi əlverişsiz hava şəraiti səbəbindən təyinat yerinə eniş edə bilməyib və Çukurovadakı alternativ aerodroma yönləndirilir. Bölgədə güclü külək və yağışlı hava davam edir. Bu da təyyarənin Antalyaya enişini çətinləşdirir.

 

Qeyd edək ki, Mersinlə Antalya arasındakı məsafə 600 km-dən çoxdur.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər