00:00:00
Yazar
Zəhra Həsənova
20.04.2026 21:27 25 2 dəq oxuma
Sosial

MTK-ların fəaliyyəti və vətəndaşların hüquqları

MTK-ların fəaliyyəti və vətəndaşların hüquqları

Mənzil Tikinti Kooperativləri (MTK) Azərbaycanda yaşayış binalarının tikintisində mühüm rol oynayır. Lakin bəzi hallarda vətəndaşlar MTK-larla bağlı hüquqi və maliyyə problemləri ilə üzləşirlər.

 

Mövzu ilə bağlı vəkil Elcan Həsənli “İnformator.az”a açıqlamasında bildirib ki, MTK öhdəliklərini yerinə yetirmədikdə vətəndaşlar birinci növbədə MTK-nın özünə müraciət edib, öhdəliklərinin yerinə yetirilməsini tələb etməlidirlər:


"Mənzil Tikinti Koorperativi (MTK) ilə müqavilə bağlarkən vətəndaşlar mütləq qaydada MTK-nin həmin binanı tikməyə tikintiyə icazə sənədinin olub-olmadığını yoxlamalıdırlar. Bunu isə "Tikintiportal.az"a daxil olaraq yoxlaya bilərlər. Əgər bu sənədlər varsa, MTK-ya həmin ərazidə tikinti işini aparmasına icazə verilib və orada bütün binanın parametrləri, o cümlədən mənzil sayı barədə ətraflı məlumat əldə etmək mümkündür. Bundan əlavə, müqavilə bağlayarkən mütləq yoxlamalıdırlar ki, mənzil nə qədər müddətə inşa ediləcək, inşa edilərkən layihə ilə tanış olmalıdırlar ki, onlara təqdim edilən mənzil həqiqətəndə layihədə mövcuddurmu. Bu hallara çox rast gəlinir, layihədə olmayan mənzillərin satışı həyata keçirlər. Daha sonra mənzilin ümumi sahəsinə mütləq diqqət yetirməlidirlər. MTK öhdəliklərini yerinə yetirmədikdə vətəndaşlar birinci növbədə MTK-nın özünə müraciət edib, öhdəliklərinin yerinə yetirilməsini tələb etməlidirlər. Əks halda məhkəməyə müraciət edib pozulmuş hüquqlarının bərpasını tələb edə bilərlər. Bu sahədə şəffaflığın artırılması məqsədilə son zamanlar tikintiyə icazə sənədlərinin yoxlanması üçün artıq vətəndaşlara əlçatan portal yaradılıb, eyni zamanda "ƏDV geri al" tətbiqi və sisteminin formalaşdırlması ilə də vətəndaşlar mənzil alarkən ƏDV-ni geri qaytara bildikləri üçün, bu prosesdə kifayət qədər şəffaflaşıb və bu da çox mütərəqqi hadisədir".

 

Samirə Allahverdizadə

#xəbər #hüquqları #azərbaycan #vətəndaşların
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər