00:00:00
Yazar
Nərmin Həşimova
03.07.2026 21:56 31 3 dəq oxuma
Sosial

Müəllimlərin sertifikasiya imtahanları təhsil keyfiyyətinə necə təsir edir?- AÇIQLAMA

Müəllimlərin sertifikasiya imtahanları təhsil keyfiyyətinə necə təsir edir?- AÇIQLAMA

Sertifikasiya prosesi ümumitəhsil məktəblərində dərs deyən müəllimlərin savadlılıq dərəcəsinin müəyyənləşdirilməsi üçün münasib üsul hesab edilir.

 

Mövzu ilə bağlı ”İnformator.az”a açıqlamasında təhsil eksperti Afərim Seyidova bildirib ki, imtahanlarının artıq neçə illərdir keçirilməsi müəllimlərin, təhsil verənlərin inkişafının demək olar ki, təməlini qoydu:


“Demirəm ki, MİQ imtahanına qədər müəllimlər öz üzərində işləmirdi. Amma əgər MİQ imtahanları yaradılana qədər müəllimlərin, tutaq ki, 30-40 faizi öz üzərində işləyib, hər il özünü təkmilləşdirirdisə, öz sahəsi üzrə yeni yaranan metod, bacarıq, bilikləri, dərsliklərdə olan yenilikləri araşdırırdısa, MİQ imtahanı və sertifikasiya imtahanları tətbiq olunandan sonra artıq bu, təhsil verənlərin inkişafında böyük bir inqilab oldu. Niyə görə?
Məsələn, orta məktəb müəllimi illərlə eyni sinfə dərs deyir. Məsələn, bir müəllim illərlə 6-cı, 7-ci siniflərə dərs deyir, ancaq həmin sinfin proqramını öyrənir. Ya ona fikir verirdi, ya da fikir vermirdi ki, uşağa, şagirdə nəsə məlumatı verməliyəm, şagirdin sualına cavab verə bilərəm. Sertifikasiya imtahanı tətbiq olunandan sonra artıq bu təhsil verən məcburdur ki, deməli, neçə ildən bir, yəni adətən 5 ildən bir tətbiq olunur, bu illər ərzində yeni proqrama daxil olan, tutaq ki, ədəbiyyat fənninə yeni daxil olan bir əsərlə mütləq tanış olmalıdır. Biz bilirik ki, hələ hazırda 6-cı sinfin ədəbiyyat dərsliyi demək olar ki, çox dəyişib. Ədəbiyyat dərsliyi son illərdə çox dəyişib. Azərbaycan dili dərsliyi də, deyək ki, məsələn, vurğu mövzusu ya çıxarılır, ya artırılır. Yəni müxtəlif siniflər üzrə bu dərsliklərin dəyişən formatı ilə artıq müəllim tanış olmaəa məcburdur”.


Ekspert bildirin ki, sertifikasiya imtahanına hazırlıq üçün, özünü təkmilləşdirmək üçün kursa gedən müəllimlər belə var:


“Bu, əslində, müəllim üçün utancverici bir hal deyil. Bu, müəllimin özünü təkmilləşdirməyə çalışdığını göstərir. Yeni bilik və bacarıqlara, müasir dərslik komplekslərinə özünü uyğunlaşdırmağa çalışır.
Dərs təhsil verənlə təhsil alanın birgə fəaliyyət prosesidir. Biz burada təhsil verənin, təbii təhsil alandan qat-qat güclü olduğunu görürük. Yer üzündə nə qədər uşaq varsa, o qədər də metod, nə qədər şagird varsa, o qədər metod var. Bu təhsil verən birinci növbədə onu biliklə və bacarıqla silahlandırmalıdır. Hazırda təhsil nəticə yönümlüdür. Bu nəticəni əldə etmək üçün biz alt təhsilin alt standartları ilə tanış olmalı, həm də alt standartların yüksək səviyyədə tətbiqinə çalışmalıyıq. Sertifikasiya imtahanının keçirilməsinin əsas qayəsi bundan ibarətdir. Əvvəllər, kurikulum təhsili tətbiq edilməzdən əvvəl, şagirdlərə ancaq müəyyən ədəbiyyatdan müəyyən şeiri əzbərlədirdik. Tutaq ki, fizikada müəyyən düsturları əzbərlədirdik.
Hazırda həmin təhsil deyil. Biz hazırda şeiri əzbərlədə bilmirik. Bunu bilməyəndə uşağı cəzalandırmırıq. Həmin qəzəlin, müxəmməsin tətbiqini,mənasını, məzmununu, həyatla əlaqəsini istəyirik. “İblis" əsərinin həyatla əlaqəsi uşağa nə verir? İdeyası nədir? Mövzusu nədir? Uşaq üslubun tərifindən çox, onun praktik nitqdə tətbiqini bilməlidir. Öz üslubunu qurmalıdır, nitqini qurmalıdır. Uşaq fizikada düsturu əzbərləməkdən çox, həmin uşağın qabağında aparatı göstərib.  Hər hansı 60 yaşında və yaxud 60 yaşı keçən bir müəllim bunların, müasir təhsilin prinsiplərini artıq izləməlidir. Sertifikasiyanın məqsədi budur. Düşünürəm ki, sertifikasiya imtahanının ancaq müsbət cəhətləri var. Məncə, sertifikasiya imtahanları bəzi cəhətlərdən təkmilləşdirilməlidir. Sertifikasiya imtahanlarının tətbiqi, onların suallarını tərtib edənlər daha peşəkar komanda olmalıdır. Bəzən müəllimlər arasında böyük bir ajiotaj yaranır ki, sertifikasiya imtahanları çətin, proqramdan kənar, bəzi suallar mənasız, lazımsız, çox çətin səviyyədə tərtib olunur, mürəkkəb səviyyədə olur. Məncə, bunu bir az təkmilləşdirmək, sırf müəllimin orta bilik və bacarığını yoxlamaq bəs edər”.


Nurgün Qənizadə

#gündəm #müəllimlərin #keyfiyyətinə #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər