00:00:00
Yazar
Elmira Ağayeva
30.04.2026 18:05 22 2 dəq oxuma
Sosial

Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

 

 

Müəllimlərin sertifikatlaşdırma imtahanlarına start verilir

Naxçıvan Muxtar Respublikasında mayın 2-dən müəllimlərin sertifikatlaşdırma imtahanlarının ikinci mərhələsi başlayır. Proses 2772 təhsilverəni əhatə edəcək və müxtəlif fənlər üzrə 2-3 və 10-11 may tarixlərində keçiriləcək. İmtahanda iştirakçılardan şəxsiyyət sənədini təqdim etmək tələb olunur.

 

Mövzu ilə bağlı təhsil məsələləri üzrə mütəxəssis Aidə Əliyeva “İnformator.az”a açıqlamasında bildirib ki, ümumiyyətlə, bu tip sertifikatlaşdırma proseslərini sadəcə imtahan kimi yox, ümumi təhsil sisteminə təsir edən alət kimi qiymətləndirmək olar:

 

“Sertifikatlaşdırma nəticələri təhsil sisteminə əslində hansı proseslərə nəzər salmaq lazım olduğunu əvvəlcədən bildirir. İmtahan nəticələrini təhlil edən zaman müəllimlərin hansı mövzularda zəif olduğu, hansı metodikaların mənimsənilmədiyi, proqramın praktikada nə qədər işlədiyi və s. müəyyən etmək olar. Əgər bu məlumatlar düzgün analiz olunarsa, kurikulumda müəyyən dəyişikliklər edilə bilər, dərs proqramları sadələşdirilə və ya yenilənə bilər, müəllim hazırlığı proqramları təkmilləşdirilə bilər.

 

İmtahanların məzmunu bəzən müasir pedaqoji bacarıqları tam əhatə etməyə bilir. Çünki imtahanlar çox vaxt test formatında olur və testlər isə daha çox nəzəri bilikləri, fakt yaddaşını ölçür. Amma müasir müəllimdən tələb olunanlar isə tənqidi düşüncə inkişaf etdirmə, şagird yönümlü tədris, diferensial yanaşma, sinif idarəetməsi, texnologiyadan effektiv istifadə və s.-dir.”

 

Müsahibin sözlərinə görə, bundan başqa dərs planı hazırlama və real və ya simulyasiya edilmiş dərs müşahidəsi də tətbiq edilə bilər:

“Qeyd olunan sual nümunələri bəzi ölkələrdə istifadə edilir. Sertifikatlaşdırma müəllimin fənn biliyini və müəyyən pedaqoji nəzəri biliklərini ölçə bilir, amma müəllimin real sinif performansını, şagirdlə ünsiyyət, motivasiya yaratmaq bacarığı, fərqli şagirdlərə uyğunlaşma və s. bacarığını real qiymətləndirməkdə çətinlik çəkə bilər.

Bu cür imtahanlar sistemi standartlaşdırır və keçid balı tətbiqi ilə minimum keyfiyyət həddi yaradır.imtahanlar düzgün istifadə olunmasa formal prosedura çevrilə bilər”.

 

Mələk Hüseynova

#Təhsil #imtahan #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər