Müctəba Xamenei komadadır - KİV
İranın yeni ali lideri Müctəba Xamenei komadadır.
"İnformator.az" xəbər verir ki, bu barədə “San” qəzeti məlumat yayıb.
“İranın yeni liderinə həyat dəstəyi cihazı qoşulub və o, artıq köməksiz nəfəs ala bilmir. Xamenei hava hücumu nəticəsində şikəst olub və hazırda xəstəxananın reanimasiya şöbəsində süni tənəffüs aparatına qoşulub”, - məlumatda bildirilib.
Qeyd edək ki, Müctəba Xamenei 28 fevralda atası Əli Xameneinin ölümü ilə nəticələnən hava hücumunda yaralanıb.