Məzuniyyət günündə silahlı hücum: 2 ölü, 4 yaralı
ABŞ-da daha bir məktəbdə atışma olub. Orta məktəbdə buraxılış mərasimində toplaşanlara atəş açan şəxs 2 nəfəri öldürüb, 5 nəfəri yaralayıb.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ-da 19 yaşlı silahlı şəxs Riçmond şəhərində orta məktəbi hədəfə alıb.
O, buraxılış mərasiminə toplaşan kütləyə atəş açıb. Hadisə zamanı 2 nəfər həyatını itirib, 4 nəfər yaralanıb. Yaralılardan birinin vəziyyətinin ağır olduğu bildirilir. Hücum edən şəxs saxlanıldığı deyilir.
Qeyd edək ki, ABŞ-da son 6 ayda 279 atışma nəticəsində 4 və daha çox adam güllələnib.
