00:00:00
Yazar
Admin User
15.06.2025 13:01 158 1 dəq oxuma
İdman

"Napoli" "Liverpul"un iki hücumçusu ilə müqavilə imzalamağı planlaşdırır

"Napoli" "Liverpul"un iki hücumçusu ilə müqavilə imzalamağı planlaşdırır

İtaliyanın "Napoli" klubu İngiltərə təmsilçisi "Liverpul"un futbolçuları Darvin Nunyes və Federiko Kyeza ilə müqavilə imzalamağı planlaşdırır.

 

"İnformator.az" xəbər verir ki, bu barədə "La Repubblica" nəşri məlumat yayıb.


Mersisaydlılar bu iki oyunçunun satışından 105 milyon avro qazanmaq niyyətindədir. İtaliya çempionu gələn həftə qarşı tərəfə rəsmi təklif göndərəcək. "Napoli"nin baş məşqçisi Antonio Konte hər iki forvardı komandasında görmək istəyir.

 

Qeyd edək ki, Nunyes ötən mövsüm 47 oyunda 7 qol, 7 məhsuldar ötürmə, Kyeza isə 14 matçda 2 qol və 2 assistlə yadda qalıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər