NASA açıqladı: İndiyə qədər kosmosda 21 nəfər həyatını itirib
ABŞ Aviasiya və Kosmik Agentliyinin (NASA) və Sovet İttifaqının kosmik missiyalarında indiyədək 21 nəfərin öldüyü bildirilib.
İnformator.az qərb mediasına istinadən xəbər verir ki, NASA-nın Təhlükəsizliyi və Uçuş Təhlükəsizliyi Direktorunun müavini Naycel Pakham kosmos missiyası və ya yer sınaqları zamanı 21 astronavtın öldüyünü açıqlayıb.
Qəzaların yalnız uçuş zamanı baş vermədiyini ifadə edən Packham, "Mən şəxsən qəzanın yerdə və ya havada olması arasında fərq qoymuram" deyib.
