NASA UFO-larla bağlı tarixi açıqlama elan etdi!
Ötən il NASA-nın "naməlum hava hadisələri" kimi siyahıya aldığı və tez-tez UFO adlandırılan iddiaları nəzərdən keçirmək üçün yaradılmış NASA qrupu ilk ictimai iclasını keçirəcək.
İnformator.az xarici mediaya istinadən xəbər verir ki, NASA iclasla bağlı açıqlamada müstəqil işçi qrupunun hesabat verməzdən əvvəl yekun danışıqlar aparmalı olduğunu vurğuladı.
Qeyd edək ki, NASA-nın bu araşdırması xüsusilə hərbi aviatorlar tərəfindən sənədləşdirilmiş və son illərdə ABŞ müdafiə və kəşfiyyat rəsmiləri tərəfindən təhlil edilən naməlum hava hadisələrinin Pentafon əsaslı araşdırmasından fərqlənir.
Şəbnəm
