00:00:00
Yazar
Admin User
16.12.2025 17:44 180 3 dəq oxuma
Dünya

NATO rəhbərliyi: Rusiyanın növbəti hədəfi NATO ola bilər

NATO rəhbərliyi: Rusiyanın növbəti hədəfi NATO ola bilər

NATO rəhbərliyi son açıqlamasında Rusiyanın gələcək planları ilə bağlı narahatlıqlarını ifadə edib. Onların sözlərinə görə, mövcud geosiyasi gərginlik və Ukraynada davam edən müharibə fonunda Rusiyanın növbəti addımları haqqında müxtəlif ssenarilər müzakirə olunur. NATO yetkililəri hesab edir ki, Moskvanın ambisiyaları yalnız Ukrayna ilə məhdudlaşmaya bilər və buna görə də alyans ölkələrinin təhlükəsizliyi prioritet olaraq qalır.

 

Bu mövzu ilə bağlı politoloq Azad Məsiyev “İnformator.az”a bildirib ki, onu qeyd etmək lazımdır ki, başda ABŞ olmaqla NATO bloku Rusiyanı açıq şəkildə rəqib və ya düşmən elan edib:

 

“Rusiya ətrafında qaynar ocaqlar yaradaraq onu dünya siyasi xəritəsindən təcrid etməyə çalışırlar. Bu siyasət Gürcüstanda Saakaşvili dövründə, Ukraynada Zelenski dövründə, Ermənistanda Paşinyan timsalında görülüb. Hətta Belarusiyada belə, Qərb özlərinə münasib olan bir hakimiyyət qurmaq üçün cəhdlər göstərib. Orada bir xanımı hakimiyyətə gətirməyə çalışdılar. Məqsəd - Rusiya ətrafında yerləşən dövlətlərdə "demokratiya" şüarı altında çevrilişlər həyata keçirmək, özlərinə uyğun siyasi qüvvələri hakimiyyətə gətirib onları Rusiyaya qarşı istifadə etməkdir. Rusiya isə bu siyasətə qarşı adekvat cavab verir. Prezident Vladimir Putin Ukrayna müharibəsi başlamazdan əvvəl rəsmi şəkildə ABŞ və NATO-ya müraciət edərək, NATO-nun Rusiya sərhədlərinə doğru irəliləməsinə aydınlıq gətirmələrini istəyib. Təəssüf ki, bu çağırışa məhəl qoyulmayıb və nəticədə Ukrayna münaqişəsi başlanıb.2022-ci ilin fevralında Azərbaycan və Rusiya prezidentləri arasında 43 maddədən ibarət strateji tərəfdaşlıq sazişi imzalanıb. Bu sənəd iki ölkə arasında münasibətlərin inkişafına xidmət edir. Digər tərəfdən, Azərbaycan Avropa ilə də sıx əməkdaşlıq edir - ondan artıq Avropa ölkəsinə enerji təhlükəsizliyi təminatı verir. Bununla yanaşı, Azərbaycan Türk Dövlətləri Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və MDB çərçivəsində də çoxşaxəli əməkdaşlıq qurub. Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi balanslaşdırılmış xarici siyasət nəticəsində Azərbaycan istər regional, istərsə də qlobal səviyyədə sabit və suveren dövlət kimi çıxış edir. Bu gün Azərbaycan bölgədə heç bir xarici gücün alətinə çevrilmir. Digər Cənubi Qafqaz ölkələri - Gürcüstan və Ermənistan isə bu baxımdan suveren siyasət yeridə bilmir. Gürcüstan Rusiya ilə gərgin münasibətdədir və Qərbin təzyiqlərinə məruz qalır. Ermənistan isə ABŞ-nin təsiri altındadır və bu, onun Rusiya ilə münasibətlərini gərginləşdirir. Azərbaycan isə vahid siyasi rəhbərliklə - Prezident, parlament və məhkəmə orqanlarının uyumlu fəaliyyəti nəticəsində sabit və müstəqil dövlət modelini qoruyub saxlayır. Xarici siyasətdə də balansı qorumaqla həm regionda, həm də qlobal miqyasda nüfuzlu mövqeyə sahibdir.Rusiya açıq şəkildə bəyan edir ki, NATO-nun onun sərhədlərinə yaxınlaşması milli təhlükəsizlik üçün ciddi təhdiddir. Sual olunur: NATO niyə Afrika və ya Latın Amerikasında deyil, məhz Rusiya ətrafında inteqrasiyaya çalışır? Məqsəd bəllidir - Rusiyanı zəiflətmək, onu siyasi xəritədən silmək və regional təsir imkanlarını məhdudlaşdırmaq. Zelenski artıq NATO-ya inteqrasiyadan imtina etdiyini bəyan edib. Bu münaqişənin əsas səbəbi də Ukraynanın NATO-ya üz tutması idi. Rusiya isə bu məsələdə israrla bildirir ki, Ukrayna neytral statuslu dövlət olmalı və bu, rəsmi olaraq konstitusiyada əks olunmalıdır. NATO və Qərbin bu cür siyasəti təkcə Ukrayna ilə bitmir. Onlar Cənubi Qafqazda da analoji prosesləri inkişaf etdirməyə çalışırlar. Gürcüstanın Baş naziri özü etiraf edir ki, Avropa İttifaqı onlara Rusiya ilə ikinci cəbhə açmaq üçün təzyiq göstərir. Azərbaycan isə bu proseslərdə neytral mövqe tutur. Xarici siyasət strategiyasında qonşularla dinc yanaşı yaşamaq prinsipini əsas götürür və bu siyasəti beynəlxalq hüquq çərçivəsində aparır. Azərbaycan Qoşulmama Hərəkatının üzvü olaraq heç bir hərbi bloka qoşulmur və böyük güclər arasında balanslaşdırıcı siyasət yeridir. Həm Rusiya, həm İran, həm də Qərb dövlətləri ilə bərabər əsasda əməkdaşlıq edir”.

 

Cavahir Əsgərbəyli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər