NATO sammiti Rusiyaya qarşı hərbi qarşıdurmanı Trampa biznes layihəsi kimi təqdim edəcək
Ankarada keçiriləcək NATO sammiti son 20 ilin ən qısa toplantısı olacaq. Sammit iyulun 7-si axşamı işgüzar şam yeməyi və iyulun 8-də cəmi bir plenar iclasdan ibarət olacaq.
Əsas müzakirə mövzuları Rusiya ilə mümkün hərbi qarşıdurmaya hazırlıq, Ukraynaya silah və maliyyə dəstəyinin artırılması, eləcə də alyansın hərbi potensialının gücləndirilməsidir. Görüşün qısa tutulması ABŞ Prezidenti Donald Trampla fikir ayrılıqlarının qarşısını almaq məqsədi daşıyır və bu səbəbdən Ukrayna Prezidenti Vladimir Zelenski sammitdə çıxış etməyəcək.
Mənbələrə görə, NATO üzvləri 2035-ci ilə qədər hərbi xərcləri ÜDM-in 5%-nə çatdırmaq niyyətini təsdiqləyəcək və Ukraynaya uzunmüddətli hərbi yardım öhdəliyi götürəcəklər. Almaniya kansleri Fridrix Merts 2026-2027-ci illər üçün bu yardımın maksimum həcminin 140 milyard avro olacağını bildirib. Bu məbləğə Avropa İttifaqının artıq vəd etdiyi 60 milyard avroluq silah tədarükü də daxildir.
TASS
Mələk Hüseynova