00:00:00
Yazar
Lalə Qafarova
17.03.2026 21:35 13 2 dəq oxuma
Dünya

NATO Türkiyədə raketdən müdafiəni gücləndirə bilər

NATO Türkiyədə raketdən müdafiəni gücləndirə bilər

NATO İran raketlərindən gələn artan təhdid fonunda Türkiyədə raketdən müdafiə sistemlərini gücləndirməyi nəzərdən keçirir. Məlumata görə, alyans mümkün təhlükələrə qarşı tədbir kimi Türkiyədə yerləşən İncirlik Hava Bazasına əlavə “Patriot” sistemləri yerləşdirə bilər.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlama verən siyasi şərhçi Aydın Quliyev bildirib ki, İncirlik bazasında “Patriot” sistemlərinin yerləşdirilməsi hələlik yalnız ideya mərhələsindədir:

 

“İstisna deyil ki, NATO bu istiqamətdə addımlar atsın. Bu, alyansın cənub-şərq cinahını gücləndirmək niyyətindən irəli gəlir. Çünki ABŞ və NATO Yaxın və Orta Şərqdə münaqişələrin genişlənə biləcəyindən ehtiyat edir. Belə şəraitdə Türkiyədə “Patriot” sistemlərinin yerləşdirilməsi plan kimi nəzərdən keçirilir. Lakin burada əsas məqsəd yalnız Türkiyənin müdafiəsini gücləndirmək deyil. Bu addım Türkiyəni mümkün müharibəyə cəlb etmək riski də daşıyır. Hazırda Türkiyə üçün İrandan böyük təhlükə yoxdur. Əksinə, bəzi ekspertlərə görə, daha ciddi risk İsraildən qaynaqlana bilər. İsrailin regional planları Türkiyənin milli təhlükəsizlik maraqları ilə ziddiyyət təşkil edir.
Eyni zamanda, NATO-nun bu addımı müəyyən suallar doğurur. Məsələn, əvvəlki illərdə, xüsusilə Rusiya ilə gərginlik daha yüksək olduğu dövrlərdə, Türkiyənin müdafiəsinin bu səviyyədə gücləndirilməsi gündəmə gətirilməyib. Bu isə alyans daxilində Türkiyəyə münasibətdə ikili standartların mövcudluğu ilə bağlı fikirləri gücləndirir. Bundan əlavə, NATO üzvü olan bir çox Avropa ölkələri Türkiyənin Avropa Birliyinə üzvlüyünü də kifayət qədər dəstəkləməyib. Bu gün isə regionda gərginlik artdıqca Türkiyənin ön plana çıxarılması müəyyən şübhələr yaradır. Mövcud şəraitdə Türkiyə rəhbərliyinin daha balanslı və uzaqgörən siyasət yürütməsi vacibdir. Xüsusilə ölkənin mümkün hərbi əməliyyatlardan kənarda qalması və gələcək risklərin qarşısının alınması prioritet olmalıdır”.

 

Reyhan Quliyeva

#yeni #raketdən #müdafiəni #bilər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər