Nazir Şimşək ABŞ-də investorlarla görüşəcək
Xəzinə və Maliyyə Naziri Mehmet Şimşek G20, BVF və Dünya Bankının Bahar Toplantıları üçün səfər etdiyi ABŞ-də başda investor görüşləri olmaqla, çoxsaylı görüşlər keçirəcək.
Nazirlikdən AA müxbirinin əldə etdiyi məlumata görə, Şimşek G20, BVF və Dünya Bankının Bahar Toplantılarında iştirak etmək üçün ABŞ-yə gedib. Şimşek təmasları çərçivəsində çoxsaylı investor görüşlərinə qatılacaq, aparıcı beyin mərkəzlərində keçiriləcək tədbirlərdə çıxış edəcək, həmkarları ilə ikitərəfli görüşlər keçirəcək, çoxtərəfli inkişaf banklarının yüksək səviyyəli rəhbərləri ilə görüşəcək.
Şimşekin bu gün başlayan səfərinin ilk ayağı Nyu York olacaq. Türkiyə-ABŞ İş Şurası (TAİK) və Citi Group təşkil edəcək geniş sərmayədar yığıncağında bir qrup portfel investoru və real sektor nümayəndələri ilə görüşəcək. Şimşek, dünyanın 3 aparıcı kredit reytinq agentliyinin yüksək səviyyəli rəhbərləri ilə ayrı-ayrılıqda görüşlər keçirəcək. Bu təmasları Nyu Yorkda Mərkəzi Bankın sədri Fatih Karahanın da müşayiət edəcəyi gözlənilir.
Mənbə: CNN Türk
Çimnaz Telmanqızı