00:00:00
Yazar
Admin User
18.04.2025 15:54 122 2 dəq oxuma
Dünya

New York Times: “Tramp İrana hücum planını rədd edib”

New York Times: “Tramp İrana hücum planını rədd edib”

 

İsrailin Baş naziri Netanyahu son ABŞ səfərində Amerika Prezidenti Trampa İrana hücum planı təqdim edib. Lakin Tramp bu planı rədd edib. Bu iddia New York Times qəzetindən gəlib.

 

Trump və Netanyahu Ağ Evdə İranı vurmaq planını müzakirə ediblərmi?

 

Amerikanın New York Times qəzetinə görə, Trump Netanyahu tərəfindən irəli sürülən İrana hücum planını qəbul etməyib.

 

İsrailli rəsmilər may ayında İrandakı nüvə obyektlərinə hücum etməyi planlaşdırıblar. Onlar bu planları həyata keçirməyə hazır idilər və ABŞ-nin  da buna dəstək verəcəyinə ümid edirdilər. Məlumatlandırılmış mənbələrin bildirdiyinə görə, planların məqsədi İranın nüvə silahı hazırlamaq imkanlarını azı bir il geri salmaq olub.

 

Hücumun uğurlu olması üçün ABŞ-nin  dəstəyi lazım idi. Beləliklə, ABŞ bu hücumun əsas iştirakçılarından biri olacaqdı. Lakin Tramp hazırda hərbi əməliyyat yerinə diplomatiya yolunu seçib. New York Times bu xəbəri Tramp administrasiyasındakı mənbələrə istinadən yayıb.

 

Xəbərə görə, Netanyahu ilə razılaşmadan sonra yüksək rütbəli israilli rəsmilər amerikalı həmkarlarına yeraltı nüvə obyektlərinə qarşı İsrail komando əməliyyatı və hava bombardmanı kombinasiyasından ibarət plan təqdim ediblər. İsraillilər bu əməliyyatda Amerika təyyarələrinin də iştirak edəcəyini ümid edirdilər.

 

İsrailin bu planının ötən ilin sentyabrında Suriyada yeraltı raket istehsalı obyektinə qarşı həyata keçirdiyi əməliyyatdan daha genişmiqyaslı olduğu iddia edilir.

 

Həmin hücum zamanı İsrail əvvəlcə hava zərbələri ilə nəzarət məntəqəsi və hava hücumundan müdafiə obyektlərini hədəfə almış, daha sonra helikopterlərlə endirilən xüsusi təyinatlılar yeraltı obyektə daxil olaraq mühüm avadanlıqları məhv ediblər.

 

CNN Türk

Günel Verdiyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər