00:00:00
Yazar
Admin User
09.06.2025 15:03 145 1 dəq oxuma
İdman

“Nəhəng finalda 1 nəfər həyatını itirib”

“Nəhəng finalda 1 nəfər həyatını itirib”

Portuqaliya ilə İspaniya arasında keçirilən “UEFA Uluslar Ligi” final matçı zamanı bir azarkeş həyatını itirib.

 

“UEFA”nın açıqlamasında bildirilib:

 

 “Allianz Arena”da təcili tibbi vəziyyət baş verib və tibbi personalın bütün səylərinə baxmayaraq, azarkeş təəssüf ki, həyatını itirdi. Bu çətin zamanda xoş arzularımız mərhumun yaxınları ilədir".

 

Alman mətbuatında yayımlanan xəbərlərə görə, 34 yaşlı rumıniyalı bir azarkeş, ilk əlavə vaxtda tribunaların ikinci qatından təxminən 8 metr hündürlükdən “basın tribünü”nə yıxılıb.

 

Təcili tibbi yardım göstərilən azarkeşin, matçın son fitindən qısa müddət sonra vəfat etdiyi bildirilib.

 

Mənbə: TRT Haber 

Nigar Həsənzadə

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər