00:00:00
Yazar
Güllər Gülhüseynova
23.06.2026 16:45 24 1 dəq oxuma
Dünya

Niderland şirkətləri Orta Dəhlizin inkişafında iştirak edə bilərlər

Niderland şirkətləri Orta Dəhlizin inkişafında iştirak edə bilərlər

Niderland Qazaxıstanın ən böyük investoru olaraq qalır, ölkə iqtisadiyyatına qoyulan investisiyaların həcmi 125 milyard dolları ötüb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə ölkənin Xarici Ticarət Palatası İdarə Heyəti sədrinin səlahiyyətlərini icra edən Dana Kasımova Astanada iki ölkə arasında ticari-iqtisadi və investisiya əməkdaşlığının möhkəmləndirilməsi üzrə Qazaxıstan-Niderland işgüzar şurasının II iclasında bildirib.

 

Kasımova qeyd edib ki, Niderland şirkətləri Qaraçağanaq və Kaşaqanda iri layihələrin həyata keçirilməsində iştirak edirlər. Qazaxıstanda həmçinin Niderlandın iştirakı ilə 700-dən çox şirkət qeydiyyatdan keçib.

 

2025-ci ildə Qazaxıstanla Niderland arasında əmtəə dövriyyəsi əsasən ixrac hesabına artıb. Qazaxıstanın Niderlanda ixracı təxminən 6 milyard dollar təşkil edib. Bu ixracın əsas hissəsi Qazaxıstandan olan neft və neft məhsullarının payına düşür. Niderland isə Qazaxıstana maşınlar, avadanlıqlar, o cümlədən tibb avadanlıqları, eləcə də kənd təsərrüfatı məhsulları və güllər ixrac edir.

 

Əməkdaşlığın perspektivləri barədə danışan Kasımova sənaye, maşınqayırma, kənd təsərrüfatı və nəqliyyat sahələrində potensialın olduğunu qeyd edib.

 

O, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunu xüsusi vurğulayıb. Kasımovanın sözlərinə görə, Niderland şirkətləri artıq bu istiqamətdə cəlb olunublar və gələcəkdə infrastruktur layihələrində iştirak edə bilərlər.

#azərbaycan #orta #dəhlizin #iştirak
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər