00:00:00
Yazar
Admin User
14.06.2023 17:31 329 1 dəq oxuma
Dünya

Nigeriyada qayıq batdı: Ən azı 100 ölü

Nigeriyada qayıq batdı: Ən azı 100 ölü

Nigeriyada toydan qayıdanları daşıyan qayığın batması nəticəsində ən azı 100 nəfərin həyatını itirdiyi bildirilib.

 

İnformator.az xarici mediaya istinadən xəbər verir ki, Nigeriyanın Niger əyalətində toydan qayıdanları daşıyan qayıq Niger çayında ağaca çırpılaraq batıb. İlkin məlumata görə, azı 100 nəfər həyatını itirib, bir çox insan isə itkin düşüb.

 

Rəsmilər qəzada itənlərin tapılması üçün xilasetmə işlərinin davam etdiyini bildirib.

 

Qeyd edək ki, Nigeriyada yağış mövsümdə qayıq qəzaları tez-tez baş verir. Ötən ay ölkənin Sokoto bölgəsində sərnişin qayığının batması nəticəsində 15 nəfər həlak olub.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər