Nigeriyada qayıq qəzası: 13 ölü
Nigeriyanın Zamfara ştatındakı çayda sərnişin daşıyan qayıq batması nəticəsində 13 nəfər həyatını itirib.
Milli mətbuatda yayılan xəbərlərə görə, Zamfara ştatına aid Birnin Maqaci bölgəsinin sakinləri silahlı dəstə üzvlərinin hücumlarından qaçmaq üçün mindikləri qayıqda çayda batıblar.
Qəza nəticəsində 13 nəfər həlak olub, 22 nəfər itkin düşüb.
Rəsmilər bölgədə axtarış-xilasetmə işlərinin davam etdiyini və ölənlərin sayının artmasından narahatlıq duyulduğunu bildiriblər.
Nigeriyada yağış mövsümündə çaylarda və göllərdə tez-tez qayıq qəzaları baş verir.
TRT HABER
Solmaz Muradova