00:00:00
Yazar
Admin User
20.12.2025 12:35 83 1 dəq oxuma
Dünya

Nikolaev, Xerson, Donetsk və Odessada elektrik enerjisi kəsilib

Nikolaev, Xerson, Donetsk və Odessada elektrik enerjisi kəsilib

Ukraynanın bir neçə bölgəsində elektrik kəsintiləri baş verib.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Ukrayna Energetika Nazirliyinin Telegram hesabında bildirilib.

 

Bəyanatda bildirilir ki, "Nikolaev, Xerson, Donetsk və Odessa vilayətlərində istehlakçılar elektrik enerjisiz qalıb. Agentliyin məlumatına görə, saatlıq elektrik kəsintiləri dekabrın 20-də ölkə daxilində qüvvədə olacaq və bu cədvəl sənaye istehlakçıları üçün də qüvvədə qalacaq.mİki gün əvvəl Ukraynanın milli enerji şirkəti olan "Ukrenergo"nun rəhbəri Vitali Zayçenko "Semafor" portalına verdiyi müsahibədə Ukrayna enerji sisteminin hazırda pis vəziyyətdə olduğunu etiraf edib. Enerji böhranı səbəbindən ukraynalılara qışın sərt olacağı barədə xəbərdarlıq edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər