00:00:00
Yazar
Güllər Gülhüseynova
05.07.2026 16:39 27 1 dəq oxuma
Dünya

Növbəti ABŞ-İran danışıqları İsveçrə və ya Pakistanda baş tuta bilər

Növbəti ABŞ-İran danışıqları İsveçrə və ya Pakistanda baş tuta bilər

İran və ABŞ arasında texniki danışıqların növbəti raundu, çox güman ki, Pakistanda keçiriləcək, lakin İsveçrədə keçirilməsi də istisna olunmur.

 

"İnformator.az" xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən Pakistanın "Dawn" portalı məlumat yayıb.

 

"Texniki danışıqların təşkili üçün iki variant var - İslamabad və Bürgenstok. Bununla belə, Pakistanın paytaxtı ən çox ehtimal olunan variantdır", - mənbələrdən biri bildirib.

 

Onlar vurğulayıblar ki, görüşdə İranın nüvə problemi, Tehrana qarşı sanksiyaların yumşaldılması, xaricdəki İran aktivlərinin sərbəst buraxılması məsələlərinin müzakirə edilməsi planlaşdırılır. Həmçinin Hörmüz boğazında sabit vəziyyətin qorunub saxlanılması, eləcə də İsrail və "Hizbullah" tərəfindən atəşkəsə riayət edilməsi barədə də danışılacaq.

#bilər #tuta #danışıqları #növbəti
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər