Nyu-Yorkda kiçik təyyarə qəzaya uğrayıb
ABŞ-nin Nyu-York ştatında 6 nəfəri daşıyan kiçik bir təyyarənin qəzaya uğraması nəticəsində 1 nəfər həyatını itirib.
"CBS News"un xəbərinə görə, Federal Aviasiya Administrasiyası (FAA) Nyu-Yorkda yerləşən Kolumbiya dairə hava limanına doğru hərəkət edən özəl təyyarənin ştatın Kopake bölgəsi yaxınlığında qəzaya uğradığını açıqlayıb.
Rəsmilər ilkin məlumata əsasən, təyyarədə olan 6 nəfərdən 1-nin həyatını itirdiyini bildiriblər.
Təyyarənin palçıq sahəyə düşdüyünü qeyd edən rəsmilər, bu səbəbdən qəzaya uğrayan təyyarənin qalıqlarına çatmaqda çətinlik çəkdiklərini bildiriblər.
Təyyarənin qəzaya uğramasına səbəb hələlik müəyyən olunmayıb.
Mənbə: Haber Global
Nuray Əliyeva