Onlayn media subyektləri üçün elan edilən müsabiqənin nəticələri açıqlanıb
Onlayn media subyektlərinə dəstək layihəsi çərçivəsində elan edilən müsabiqənin nəticələri açıqlanıb.
"İnformator.az" xəbər verir ki, bu barədə MEDİA-dan məlumat verilib.
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi onlayn media subyektlərinin (veb-saytların) inkişafı, iqtisadi müstəqilliyinin gücləndirilməsi, fəaliyyətinin təkmilləşdirilməsi, habelə dövlət və cəmiyyət üçün əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsi məqsədilə təşkil edilən müsabiqənin nəticələri MEDİA-nın saytına yerləşdirib.
