00:00:00
Yazar
Admin User
17.05.2023 19:26 287 1 dəq oxuma
Dünya

Ordunu "ələ salmaqda" ittiham olunan komediyaçı cərimə olundu

Ordunu "ələ salmaqda" ittiham olunan komediyaçı cərimə olundu

Çində komediyaçının prezident Si Cinpinin şüarına istinad edərək hərbçiləri məsxərəyə qoyduğu Shanghai Xiaoguo Culture Media Co. komediya truppası 2,1 milyon dollar həcmində cəriməyə cəlb olunub.

 

İnformator.az CNN-ə istinadən xəbər verir ki, komediya aktyoru Li Haoshi ötən şənbə günü paytaxt Pekində keçirilən stand-up nümayişi zamanı itlərinin davranışını əsgərlərin davranışına bənzədib. Prezident Xi 2013-cü ildə Çin ordusu üçün "Qazanmaq üçün mübarizə aparın, nümunəvi davranış göstərin" ,- deyə ifadəsini işlədib. Li şou zamanı “Gördüyünüz digər itlər sizə onların sevimli olduqlarını düşündürür. Bu iki it mənə sadəcə qazanmaq üçün mübarizə apar fikrini xatırladır”,- deyə qeyd edib.

 

Fəaliyyəti qeyri-müəyyən müddətə dayandırılan şirkət cəriməni qəbul edib və Linin müqaviləsinə xitam verib. Çin Mədəniyyət və Turizm Nazirliyinin bəyanatında “Biz heç vaxt heç bir şirkət və ya fərdin Çinin paytaxtından Xalq Azadlıq Ordusunun şərəfli imicini ləkələmək üçün səhnə kimi istifadə etməsinə icazə verməyəcəyik”- deyə qeyd edib.

 

Li isə sosial media hesabında izləyicilərindən üzr istəyib. “Çox utandım və peşmanam. Məsuliyyəti üzərimə götürəcəyəm, bütün fəaliyyətləri dayandıracağam, dərindən düşünəcəyəm, yenidən öyrənəcəyəm”- deyə fikir bildirib.

 

Fatima

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər