00:00:00
Yazar
Admin User
21.12.2025 10:14 85 1 dəq oxuma
Dünya

Pakistan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

Pakistan və İran XİN rəhbərləri regional məsələləri müzakirə ediblər

 

Pakistanın Baş nazirinin müavini və xarici işlər naziri Məhəmməd İshaq Dar İranın Xarici İşlər Naziri Seyyid Abbas Əraqçi ilə telefon danışığı aparıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

 

Tərəflər görüş zamanı iki ölkə arasında müxtəlif sahələr üzrə əməkdaşlığın mövcud vəziyyətini nəzərdən keçirib, həmçinin regionda baş verən proseslərlə bağlı fikir mübadiləsi aparıblar.


Nazirlər ticarət, nəqliyyat bağlantıları və insanlararası münasibətlər sahəsində əməkdaşlığın daha da gücləndirilməsinə sadiq olduqlarını bir daha təsdiqləyiblər. Eyni zamanda regional sülhün və inkişafın təmin olunması naminə sıx əməkdaşlığın davam etdiriləcəyini vurğulayıblar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər