00:00:00
Yazar
Admin User
02.09.2025 13:51 111 2 dəq oxuma
Siyasət

Pakistandan Azərbaycana dəstək

Pakistandan Azərbaycana dəstək

Modi rejiminin siyasəti təkcə Cənubi Asiya üçün deyil, həm də Qafqazda və onun hüdudlarından kənarda sülh və təhlükəsizliyə təhdiddir.

 

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev “İnformator.az”a açıqlamasında bildirib ki, Narendra Modi ümumilikdə çox hindus millətçiliyinə tapınan bir şəxsdir və baş nazir olmamışdan əvvəl də islama qatı bir şəxs olaraq ad çıxarıb:

 

“Müsəlmanlara və türklərə xüsusi nifrəti olan bir şəxsdir. Belə bir şəxsdən də bu cür mövqe gözləmək təbiidir, yəni o Azərbaycan və Türkiyəyə nifrət edir, ümumilikdə müsəlman dünyasına nifrət edir və Hindistandakı müsəlmanlara nifrət dolu çıxışlar edib. Hazırda bu siyasəti davam etdirir. Ümumilikdə Pakistan dövlətini Narendra Modi qəbul etmir, və məqsədi məhz Pakistan dövlətinin məhvinə nail olmaqdır. Açıq şəkildə bu barədə çıxışları vardır ki, hindusları bütün bölgə də hakim rola qaldırmaq istəyir. Pakistanla münasibətləri olan ölkələrə də məhz bu cür təzyiqlər göstərir, həmçinin Hindistanın Azərbaycana qarşı ümumilikdə təzyiqi demək olar ki yoxdur, əksinə Azərbaycanın Hindistana qarşı var. Bu müddət də xeyli sayda hindli turistlər Azərbaycana gəldilər, Azərbaycana investisiyalar qoydular, burdan pullar qazandılar və bu da iki tərəfli münasibətlərə çox müsbət təsirlər göstərdi, məsələn Modidən əvvəl ki, baş nazir Manmohan Sinkin dövründə Hindistan və Azərbaycan arasında kifayət qədər münasibətlər də irəliləyiş var idi. Əvvəl ki, hökümətlərin dövründə, xüsusilə də Qandilərin hakimiyyəti dövrün də Azərbaycan Hindistan münasibətlərin də irəliləyiş yaranıb və digər baş nazirlərin dövründə də, ancaq Modi hakimiyyətə gəldikdən sonra, biz bu siyasətin əksini görürük”.

 

Həmçinin şərhçi qeyd edib ki, Azərbaycan Pakistan münasibətləri sürətli şəkildə inkişaf edir və hansı hökümətin burda hakimiyyətdə olmasından asılı olmayaraq, bu münasibətlər də biz irəliləyişin şahidi olduq:

 

“Şərif qardaşların dövründə də, Bhuttoların hakimiyyəti dövründə də Azərbaycanın Pakistanla münasibətlərində müsbət məqamların şahidi olduq. Bu münasibətlər əlbəttə ki, davam edəcək. Azərbaycan və Pakistan bir-birinə yaxın olan ölkələrdilər və bu cür münasibətlərin daha da güclənəcəyinə gətirib çıxaracaq amillərdir, ancaq Hindistanın mövqeyi özünə ziyandır. Hindistan faktiki olaraq nəyinki özünə, Ermənistana da ziyan vurur, bu məsələylə bağlı, yəni, məsələn Hindistanın tutduğu mövqeyə görə Ermənistan da Şamxay Əməkdaşlıq Təşkilatının üzvü ola bilmədi. Artıq Azərbaycan və Ermənistan arasında barışıq əldə olunub, sülhə, irəli doğru mühüm addımlar atılır, bu anda Hindistanın belə bir mövqe seçməsi özü üçündə ciddi problemlər yaradır”.

 

Aytac İbrahimova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər