00:00:00
Yazar
Admin User
27.04.2025 06:52 211 1 dəq oxuma
Dünya

Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib

Pakistanın müdafiə naziri Hindistana xəbərdarlıq edib

Pakistanın Hindistana qarşı eskalasiya olmadan hərbi münaqişəyə başlamaq planı yoxdur”.

 

İnformator.az” xəbər verir ki, bunu Pakistanın müdafiə naziri Xavaca Asif “RİA Novosti”yə müsahibəsində deyib.

 

“Bizim heç bir hərəkətə başlamaq fikrimiz yoxdur. Amma hər hansı bir hərəkət və reaksiya olacaqsa, reaksiyamız hərəkətə uyğun olacaq. Ona görə də düşünürəm ki, bu, mövcud duruma aydınlıq gətirir: biz vəziyyəti gərginləşdirmək və ya nəyəsə başlamaq istəmirik”, - deyə o bildirib.

 

Asif əlavə edib ki, Hindistan Pakistanı işğal etməyə və ya ölkəyə hücum etməyə cəhd edərsə, daha proporsional cavabla üzləşəcək.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər