00:00:00
Yazar
Ayan Sədi
02.07.2026 14:55 24 2 dəq oxuma
Sosial

Panik atak bu səbəbə görə yaranır – Nevroloqdan kritik açıqlama

Panik atak bu səbəbə görə yaranır – Nevroloqdan kritik açıqlama

Son illərdə xüsusilə gənclər arasında panik atak və narahatlıq pozuntularının artdığı müşahidə olunur. Bəs bu halların nevroloji səbəbləri varmı?

 

Mövzu ilə bağlı "İnformator.az"-a açıqlama verən nevroloq Mərziyyə Məmmədova bildirib ki, panik atak təkcə psixoloji problemlə əlaqələndirilmir və onun arxasında müxtəlif xəstəliklər dayana bilər.

 

Nevroloqun sözlərinə görə, panik atak zamanı insanda güclü qorxu və həyəcan hissi, soyuq tər, ürəkdöyünmə, təngnəfəslik, halsızlıq, huşunu itirəcəkmiş kimi hiss etmə kimi əlamətlər müşahidə oluna bilər:

 

"Bu hallar ictimai nəqliyyatda da, ev şəraitində də baş verə bilər. Uşaq, gənc və yaşlı pasiyentlər ayrı-ayrılıqda qiymətləndirilməlidir. Çünki eyni simptomların altında başqa xəstəliklər də gizlənə bilər. Lazımi müayinələr aparılıb digər səbəblər istisna edildikdən sonra bunun panik atak olduğu qənaətinə gəlmək mümkündür".

 

 

Nevroloq qeyd edib ki, narahatlıq pozuntuları yalnız nevroloji problemlərlə bağlı olmur. Bu vəziyyət endokrin sistem xəstəlikləri, ürək-damar sistemi problemləri və digər sağlamlıq pozuntularının da nəticəsi ola bilər.

 

Mütəxəssis vurğulayıb ki, orqanizmdə zülal, vitamin və digər qida maddələrinin çatışmazlığı tədricən panik ataka səbəb olan simptomların yaranmasına gətirib çıxara bilər:

 

"Belə pasiyentlərdə yuxu pozğunluğu yaranır, yaddaş zəifləyir, gündəlik rejm pozulur. Gecə ilə gündüz qarışır, qidalanma rejimi dəyişir və nəticədə stress faktoru daha da güclənir".

 

Mərziyyə Məmmədova qidalanmanın da mühüm rol oynadığını bildirib. Nevroloqun sözlərinə görə, duzlu qidalar, müxtəlif abur-cuburlar, kofein tərkibli içkilər və oxşar məhsullar panik atakı tətikləyən amillər sırasındadır. Buna görə də sağlam və balanslı qidalanmaya üstünlük verilməsi tövsiyə olunur.

 

Təhminə Abdurəhimova

#kritik #nevroloqdan #azərbaycan #xəbər
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər