00:00:00
Yazar
Admin User
21.04.2025 18:55 224 1 dəq oxuma
Dünya

Papanın ölüm səbəbi açıqlandı

Papanın ölüm səbəbi açıqlandı

Roma Papası Fransisk komaya və ürək dayanmasına səbəb olan insultdan ölüb.

 

"İnformator.az" “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu barədə Vatikanın Səhiyyə və Gigiyena İdarəsinin direktoru, professor Andrea Arkangelinin hesabatına əsasən “Vatican News” məlumat yayıb.

 

“Tibbi sənəd göstərir ki, Papa əvvəllər ikitərəfli multimikrob pnevmoniya, çoxsaylı bronxoektaziya, arterial hipertoniya və II tip şəkərli diabet fonunda kəskin tənəffüs çatışmazlığı yaşayıb”, - məlumatda bildirilib.

Qeyd edək ki, Roma Papası bu gün səhər saatlarında iqamətgahında vəfat edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər