Parad zamanı avtomobili azarkeşlərin üzərinə sürən şəxs həbsə məhkum edilib
Böyük Britaniyada Liverpul futbol klubunun Premyer Liqa çempionluq paradı zamanı avtomobilini azarkeşlərin üzərinə sürərək 130-dan çox insanı yaralayan 54 yaşlı Pol Doyl 21 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. O, hadisə ilə bağlı 31 cinayət maddəsi üzrə təqsirini etiraf edib.
Prokurorluğun məlumatına görə Doyl əsəbi vəziyyətdə hərəkət edərək qəsdən izdihama doğru sürüb və nəticədə 134 nəfər, o cümlədən 8 uşaq xəsarət alıb. Məhkəmə bu hərəkətin insan həyatı üçün ciddi təhlükə yaratdığını bildirib.
Təqsirləndirilən şəxsin vəkili onun əməlindən dərin peşmanlıq keçirdiyini desə də, hakim Doylun davranışını “izahı çətin və ağlasığmaz” adlandırıb. Hadisə Liverpulun 20-ci liqa çempionluğunun qeyd olunduğu gün baş verib.
Cnn News
Ədilə Hüseynzadə
